Abşeronda maşın aşdı - sürücünün ayağı amputasiya olundu

Qəzalar 2 İyun 2021 23:44
Abşeronda maşın aşdı - sürücünün ayağı amputasiya olundu
WhatsApp kanalımıza abunə olun

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Güzdək qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Sadıqov Rahil Babaxan oğlu idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü özünü avtomobilin pəncərəsindən atıb. Lakin bu zaman onun sol ayağı avtomobilin altında qalaraq amputasiya olunub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1598
ŞƏRH YAZ
Ad

E-mail

Şərh