Ağdaşda sərxoş sürücü "Jiquli"ni ağaca çırpdı - ÖLƏN VAR - FOTO

Bu gün saat 01: 30 radələrində Ağdaş şəhər sakini 2002-ci il təvəllüdlü Valeh Xankişiyev idarə etdiyi “VAZ 2106” markalı 90-GY-806 dövlət nömrə nişanlı avtomobillə Ağdaş şəhəri ərazisindən Ləki qəsəbəsi istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində həyatını itirib. Sürücü və sərnişinlərdən Ağdaş şəhər sakini 2008-ci il təvəllüdlü Anar Baxışov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü sükan arxasında spirtli içkinin təsiri altında olub və ilkin ehtimala əsasən qəzanı da məhz bu səbəbdən törədib.
Faktla bağlı araşdırma aparılır.

Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














