Ananın moped hədiyyəsi oğlunu ölümə apardı – Faciənin təfərrüatları - FOTO

Başqırdıstanda yeniyetmə mopedlə 2 nəfəri vurduqdan sonra ölüb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 8-də İşberda kəndində baş verib. Bu barədə respublikanın Daş Dövlət Yol Müfəttişi Vladimir Sevastyanov bildirib.
Onun sözlərinə görə, gənc “Vento” markalı mopedlə hərəkətdə olan zaman, eyni istiqamətdə yolun hərəkət hissəsinin kənarı ilə gedən iki qızı vurub və daha sonra yol kənarına aşıb.
“Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Piyadalardan biri - 21 yaşlı qız xəstəxanaya yerləşdirilib, onun 23 yaşlı rəfiqəsi isə xəsarət almayıb” – V.Sevastyanov deyib.
Sevastyanov qeyd edib ki, piyadalar işıqlandırılması olmayan yolla hərəkət ediblər. Bundan əlavə paltarlarında əks etdirici elementlər də yox imiş. Gəncin sürücülük vəsiqəsi və başında qoruyucu dəbilqə də olmayıb. O da məlum olub ki, anası ona mopedi bir ay əvvəl hədiyyə alıb.
Hazırda hadisənin baş vermə şəraiti aydınlaşdırılır.
Namiq Musayev

Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO












