Ara məsafəsi saxlamayan sürücü kirayələnmiş “Gelandawagen”i vurdu - VİDEO

Bakının Yasamal rayonu Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində yol qəzası görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında toy kortecində qeydə alınıb. Belə ki, 77-HC-445 dövlət dövlət nömrə nişanlı “KIA Ceed” markalı maşın, 01-CO-145 dövlət nömrə nişanlı “Mercedes G400” markalı avtomobillə toqquşub. Qəzaya səbəb “KIA” sürücüsünün düzgün ara məsafəsini təyin etməməsi olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, qəzaya uğayan “Mercedes”in toya sifarişlə gələn kortecdəki maşınlardan biri olduğu bildirilib.
Xatırladaq ki, qanunvericilikdə konkret olaraq ara məsafəsi üçün rəqəm göstərilməyib. Sürücülər özləri müəyyən etməlidir ki, qəfil tormozlama zamanı qarşıdakı nəqliyyat vasitəsiylə qəza yaranmasın. Bu məsafə yollardakı sürət həddi ilə birbaşa əlaqəlidir. Yüksək sürət zamanı tormozlama zonası uzun olduğu üçün sürətli yollarda ara məsafəsi daha çox götürülməlidir.
Nərmin
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş - FOTO












