Astarada "Mercedes" aşdı, ölən və yaralananlar var

Astarada avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
“Report”un verdiyi xəbərə görə, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Ojakəran kənd sakini, 1992-ci il təvəllüdlü Tural Bəxtiyar oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi sol kənarındakı maneəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü T.Həsənov və avtomobildəki sərnişin, onun həmkəndlisi olan 1984-cü il təvəllüdlü Təbriz Nəsrulla oğlu Hidayətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildəki digər sərnişin Kijəvə qəsəbə sakini 20 yaşlı Hidayət Hidayətov isə dünyasını dəyişib.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdiriliblər. Qəza nəticəsində ölən H.Hidayətovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












