Aviaşirkətinin rəhbəri təyyarə qəzasında həlak olub - FOTO - VİDEO

Rusiyanın İrkutsk vilayətində qəzaya uğrayan An-12 yük təyyarəsinin göyərtəsində doqquz nəfər olub.
Bu barədə regional FHN idarəsindən məlumat verilib.
Məlumata görə, onlardan beşi heyət üzvü, dördü isə yükləri müşaiyət edən şəxslər olub.
O da bildirilir ki, qurbanların arasında “Zapolyarye” aviasiya şirkətinin baş direktoru Yuri Volodin və baş direktorunun birinci müavini Oleq Vişnev var.
Hələ ki altı nəfərin qalıqları tapılaraq ekspertizaya verilib.
Qeyd olunur ki, doqquz nəfərdən dördü Rusiya, üçü Belarus, ikisi Ukrayna vətəndaşı olub.
Xatırladaq ki, noyabrın 3-də Rusiyanın İrkutsk bölgəsində An-12 təyyarəsi qəzaya uğrayıb. Hava gəmisi yerə çırpıldıqdan sonra alışıb. Qəza nəticəsində sağ qalanın olmadığı qeyd olunur. Təyyarə Belarus hava yollarına məxsus olub.
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR












