Avropa çempionu qəzada öldü - ANBAAN - VİDEO - FOTO

Armrestlinq üzrə əlil idmançılar arasında Avropa çempionu Aslan Temirsultanov Rusiyanın Surqut şəhərində yol-nəqliyyat hadisəsi zamanı qəzada ölüb.
Bu barədə REN TV xəbər yayıb.
İdmançının 24 yaşı olub.
“Aslan Rusiya milli komandasının üzvü idi, qol güləşi üzrə Rusiya və Avropa çempionu olub, bölgəmizdə bu idman növünün inkişafına böyük töhfə vermişdi”, - deyə Xantı-Mansisk Muxtar Dairəsinin Armrestlinq Federasiyası məlumat verib.
Qəza şəhərin mərkəzində baş verib. İlkin məlumatlara görə, “Lada” markalı avtomobilin sürücüsü idarəetməni itirib və qarşıdan gələn zolağa çıxaraq, “Toyota” ilə toqquşub.
“Lada”nın sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib, onun sərnişini - surqutlu idmançı isə təcili tibbi yardım maşınında ölüb.
Aslan Temirsultanov keçən il görmə zəifliyi olan idmançılar arasında qol güləşi üzrə Avropa çempionu olub. O, həm də Avropa çempionatlarının dəfələrlə qalibi olub.
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO











