Avtobuslar Bakıda 5 nəfərin həyatına son qoydu

Bu ilin ilk 6 ayı ərzində Bakıda ictimai nəqliyyat vasitələri və yük avtomobillərinin iştirakı ilə ümumilikdə 54 yol qəzası qeydə alınıb. Nəticədə 15 nəfər ölüb, 56 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölməs rəisi, polkovnik-leytenantı Vaqif Əsədov bildirib. 2014-cü ilin ilk 6 ayı ərzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə 27 yol-nəqliyyat baş verib. Nəticədə 5 nəfər ölüb, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Onlardan 2 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən 9 yol-nəqliyyat hadisəsi fiziki şəxslərə, 3 nəfərin ölümü, 16 nəfərin yaralanması ilə nəticələnən 18 yol-nəqliyyat hadisəsi isə hüquqi şəxslərə məxsus avtobusların sürücüləri tərəfindən törədiilib".
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobusların iştirakı ilə qeydə alınan hadisələrin sayı 8 fakt, yaralananların sayı 3 nəfər, həlak olanların sayı isə 1 nəfər azalıb.
V.Əsədov bildirib ki, hesabat dövründə yük avtomobillərinin iştirakı ilə baş vermiş 27 yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər ölüb, 27 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobillərinin iştirakı ilə baş vermiş hadisələrin sayı 17 fakt, ölənlərin sayı 4 nəfər, yaralananların sayı isə 14 nəfər azalıb.
Qeyd edək ki, 2014-cü ilin yanvar ayının 1-dən iyul ayının 1-dək Bakı şəhəri üzrə 444 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 139 nəfər həlak olub, 438 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












