Azərbaycan vətəndaşı baş redaktoru avtomobillə vurub öldürdü - FOTO

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində yerli "Pervaya Sovetskaya" adlı qəzetin baş redaktoru Olesya Şarnina yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda qəzetin saytında yerləşdirilmiş məlumatda deyilir.
"Kollektivimizə böyük bədbəxtlik üz verib. "Pervaya Sovetskaya" qəzetinin baş redaktoru Olesya Şarnina faciəli şəkildə həlak olub. Dərk edilməsi, qəbul olunması və başa düşülməsi mümkün olmayan faciədir. Olesya gözəl dost, əsl peşəkar, hamının köməyinə can atan adam idi",-redaksiya kollektivi bildirir.
Məlumata görə, 38 yaşlı baş redaktorun üç uşağı yetim qalıb. Onu vuran sürücünü saxlayıblar. Sürücü 29 yaşlı Azərbaycan vətəndaşıdır, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Barəsində müvafiq maddə ilə cinayət işi qaldırılıb. Şarninanın avqustun 5-də dəfn ediləcəyi bildiirlir.
Qəza avqustun 1-də, vilayətin inzibati mərkəzi olan Yuqra şəhərində baş verib, Azərbaycan vətəndaşı idarə etdiyi "Hyundai" avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək piyada səkisinə çıxıb və baş redaktoru vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Şəhər dövlət avtomobil müfəttişliyinin yaydığı məlumatda deyilir ki, qəzanı törədən Azərbaycan vətəndaşının sürücülük vəsiqəsi olmayıb, o, ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib və avtomobili səkiyə çırpıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO













