Azərbaycanda avtomobil kanala düşüb: 2 nəfəri su aparıb

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, 1968-ci il təvəllüdlü Siyəzən rayon sakini Babayev Əlövsət Əliiskəndər oğlunun idarə etdiyi 10 DS 525 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil Taxta körpü su anbarının Ataçay adlanan hissəsində kanala düşüb. Sürücünün oğlu, 1997-ci il təvəllüdlü Siyəzən şəhər sakini Babayev Əlövsət və 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Əmirov Rəşad Pirəli oğlu kanala düşdükləri yerdən 3 km aralıda sudan çıxa bilib. Maşının sürücüsü və 1986-cı il təvəllüdlü sərnişin, Bakı şəhər sakini Şirinov Əlikişi Zikrət oğlunun axtarışları isə davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Kanalın suyu qurudulub, axtarış tədbirləri davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












