Badamdardakı avtobus qəzası barədə RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin DYP İdarəsinin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, hadisə bazar günü saat 16:50 radlərində baş verib: “Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır”.
***
Bakıda daha bir marşrut avtobusu ağır yol qəzasına düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün Səbail rayonu Badamdar qəsəbəsi ərazisində baş verib.
Belə ki, hadisə vaxtı “KamAZ” markalı yük maşını ilə 31 saylı marşrut xətti üzrə hərəkət edən avtobus toqquşub. Bu zaman yük maşını “Hyundai” markalı minik avtomobilini də vuraraq yararsız hala salıb.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, son günlər Bakıda və ətraf ərazilərdə marşrut avtobuslarının iştirakı ilə baş verən qəzaların sayı kəskin artıb.
(qafqazinfo)
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO














