Bakıda 7 yaşlı qızı avtomobil vuraraq hər iki ayağını sındırdı

Qəzalar 8 Oktyabr 2021 10:07
Bakıda 7 yaşlı qızı avtomobil vuraraq hər iki ayağını sındırdı
WhatsApp kanalımıza abunə olun

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Kərimova Məryəm Orxan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. (Report)

Oxunub : 1012
ŞƏRH YAZ
Ad

E-mail

Şərh