Bakıda sərnişin avtobusu “KamAZ”a çırpıldı - VİDEO

Bakıda yenə tələsən avtobus sürücüsü sərnişinlərinə qorxulu anlar yaşadıb. O, avtobusu “KAMAZ”a çırpıb. Avtosfer.az bildirir ki, 166 nömrəli avtobusun sürücüsü sürətli hərəkət etdiyindən yolun sağına keçməyə çalışan “KAMAZ”la toqquşub. “KAMAZ”ın sürücüsü hər nə qədər manevri asta etsə də görünür bu avtobus sürücüsünə kifayət etməyib. O, yük maşınını sağdan ötüb keçəcəyini düşünərək tam sürət yoluna davam edib. Nəticədə isə qəza baş verib. “KAMAZ”ın sürücü bir anda ona çırpılan içi sərnişin dolu avtobusu görüb maşını saxlayaraq avtobusun üzərinə yeriyib. Bu dəfə məsələ ağız dalaşı ilə bitdib. Amma “KAMAZ”ın sürücüsü manevri sürətli şəkildə etsəydi qəzanın nəticələri çox ağır ola bilərdi.
Avtobus sürücüləri yolda yarış edərək, həmçinin, dayanacaqlarda itirdikləri vaxtı yolda bərpa etmək üçün sərnişinlərin həyatını heçə sayaraq onları bu cür riskə atır. Bu hal əsasən də köhnə avtobuslar üçün keçərlidir. Hər il sürücülərin günahı səbəbilə avtobuslarda itirilən canlar görünür belələrini narahat etmir.
Aysel
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












