Bakıda avtomobil 39 yaşlı qadını vurub
Qəzalar
1 Oktyabr 2021 08:21
Oxunub 1312

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Şərifova Zemfira Azad qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müxtəlif dərəcəli əzikləri diaqnozlu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













