Bakıda avtomobil avtobusa çırpılıb, xəsarət alan var

Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə Nəsimi rayonu Azadliq prospektində, ABŞ səfirliyinin qarşısında qeydə alınıb.
Minik avtomobili dayanacaqda 99 JU 549 nömrəli, 88 saylı sərnişin avtobusuna arxadan çırpılıb. Nəticədə xəsarət alan şəxslərin olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım stansiyasının briqadası cəlb olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış səhər 09:10-da daxil olub. Təcili tibbi yardım briqadası hadisə yerindən bir nəfəri (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ilkin diaqnoz qapalı kəllə beyin travması) xəstəxanaya aparıb.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












