Bakıda avtomobillər toqquşub, xəsarət alan var

Qəzalar 10 Avqust 2021 09:00
Bakıda avtomobillər toqquşub, xəsarət alan var
WhatsApp kanalımıza abunə olun

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

“20 Yanvar” metrostansiyasının yaxınlığında iki avtomobilin toqquşması nəticəsində sürücü, 1986-cı il təvəllüdlü Əliyev Pərvin Mais oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1398
ŞƏRH YAZ
Ad

E-mail

Şərh