Bakıda beş maşın toqquşdu, ölən var - FOTO

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesinin Suraxanı rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Əvvəlcə “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkət edən “Nissan” markalı maşına çırpıb.
Nəticədə maşınlara çox ciddi ziyan dəyməyib.
Lakin eyni istiqamətdə olan “Mercedes” markalı digər avtomobil yüksək sürətlə qəzaya uğramış maşınlara çırpılıb.
Ardı ilə digər “Hyundai” və Chevrolet” markalı maşınlar da qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.
Avtoqəza zamanı “Opel”-in sürücüsü hadisə yerində ölüb.
Qəza ilə bağlı Suraxan Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
















