DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO

Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq ölkəyə gətirilmişdir.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Belə ki, əməliyyat-istintaq tədbirləri ilə Abdurahmanov Yunus Mehman oğlunun 15 noyabr 2025-ci il tarixdə xarici ölkə ərazisinə gedərək orada “İslam Dövləti Xorasan Vilayəti” (İŞİD - Vilayəti Xorasan) terrorçu təşkilatına qoşulması, dağlıq ərazidə xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirilməsi, odlu silah və döyüş sursatları ilə təchiz olunaraq terror-təxribat aktlarının törədilməsi üçün hərbi təlimlərdə iştirakı təsbit edilmiş, xüsusi əməliyyat tədbirləri ilə ələ keçirilmişdir.
Bundan başqa, həmin terror qruplaşmasının digər üzvü Həsənbəyov Abdulla Yaşar oğlu xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatların keçirilməsində iştirak niyyəti ilə xarici ölkəyə getmiş, Azərbaycan tərəfinin verdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə tədbirlərlə gizli marşrut üzrə hərəkəti zamanı saxlanılmışdır.
Qeyd olunan cinayət əməllərinə görə Yunus Abdurahmanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29, 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI












