Bakıda "BMW" ilə toqquşan "Prius" aşıb - VİDEO - YENİLƏNİB

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Məlumat Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
"Bu gün saat 06:30-da paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, 99-UC-769 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobil ilə 77-EL-910 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Toyota Prius" markalı avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib./oxu.az
***15:11
Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qəza səhər saat 06:32-də Xan Şuşinski və Molla Pənah Vaqif küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, BMW markalı avtomobillə "Toyota Prius" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "Prius" aşıb.
Videoda ətrafdakı şəxslərin aşan avtomobildəki sürücünü xilas etməyə çalışdıqları görünür.
Hadisə səbəb kimi sürücülərdən birinin nizamlanmayan yolayrıcı qaydalarını keçməsi qaydasını pozması göstərilir.
Qəza nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Bakıda yük maşını qəza törətdi, hərəkət məhdudlaşdırıldı
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO - YENİLƏNİB
Neftçalada minik maşını avtobusa çırpıldı - ÖLƏN VAR
Prospektdə zəncirvari qəza – Xəsarət alan var - VİDEO
Nasaz avtomobil 2 gəncin həyatına son qoydu - VİDEO
Xaçmazda avtomobil piyadanı vurub ÖLDÜRDÜ












