Bakıda dəhşətli qəza: meyiti əzilmiş maşından güclə çıxartdılar

Qəzalar 2 Noyabr 2021 11:15
Bakıda dəhşətli qəza: meyiti əzilmiş maşından güclə çıxartdılar
WhatsApp kanalımıza abunə olun

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda “Ford” markalı yük avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və şəxsiyyəti naməlum qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxunub : 16628
ŞƏRH YAZ
Ad

E-mail

Şərh