Bakıda iki avtomobil toqquşub, ağır xəsarət alanlar var - FOTO - VİDEO
Qəzalar
13 May 2022 10:44

Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsi ilə ikinci dərəcəli yolun kəsişməsində qeydə alınıb.
1997-ci il təvəllüdlü İlyasov Elvin Əlislam oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə H.Seyidzadə küçəsi ilə hərəkətdə olarkən 1992-ci il təvəllüdlü İsmayılzadə Əbil Amil oğlu idarəetməsində olan “Renault” markalı maşınla ikinci dərəcəli yoldan qəfil əsas yola çıxıb.
Toqquşma nəticəsində E.İlyasovun sağ bud sümüyü sınıb. Ə.İsmayılzadə isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
Avtomobillər cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
APA
Oxunub : 1980
DİGƏR XƏBƏRLƏR
29 İyun 2026 17:55
Zığ yolunda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO - VİDEO
29 İyun 2026 13:11
Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
28 İyun 2026 22:14
Babəkdə qəza oldu - Yaralılar var - FOTO
28 İyun 2026 18:24
Lerikdə avtomobil dərəyə aşdı - Bir ailənin üç üzvü xəsarət aldı
28 İyun 2026 16:42
Tovuzdakı qəzada ölən 20 yaşlı gəncin FOTOsu
28 İyun 2026 15:34
Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb - FOTO
28 İyun 2026 11:53
Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var - ADLAR
28 İyun 2026 09:54
Hava Limanı yolunda iki avtomobil toqquşub - FOTOLAR
27 İyun 2026 17:33
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
27 İyun 2026 12:49
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
27 İyun 2026 10:29
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
26 İyun 2026 18:37
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
ŞƏRH YAZ










