Bakıda minik avtomobili “KamAZ”la toqquşub, bir nəfər ölüb
Qəzalar
4 İyun 2022 13:44
Oxunub 1748

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə A.Məmmədov hadisə yerində ölüb, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













