Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü - AÇIQLAMA - VİDEO - YENİLƏNİB

"İstismarımızda olan avtobus bu gün saat 6-da qarajdan işə başlamaq üçün gedərkən qəzaya düşüb".
Bu məlumat sorğuya cavab olaraq "Xaliq Faiqoğlu" şirkətindən verilib.
Qeyd olunub ki, qəza qarşıdakı yük avtomobilinin qəfil manevr etməsi səbəbindən baş verib.
"Hadisəyə yük avtomobilinin sürücüsünün səbəb olması müəyyən edilib və barəsində protokol tərtib edilib. Hadisə vaxtı avtobus boş olub və xəsarət alan olmayıb", - deyə məlumatda vurğulanır.
***
Bakıda "Xaliq Faiqoğlu" şirkətinə məxsus sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Polisi İdarəsinə (BŞDYP) sorğu ünvanladıq.
İdarədən bildirildi ki, hadisə bu gün saat 06:15-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.
"Sərnişin avtobusu "KamAZ" markalı nəqliyyat vasitəsilə toqquşub. Hadisə nəticəsində xəsarət alan yoxdur".
Baş vermiş hadisə ilə bağlı avtobusun məxsus olduğu "Xaliq Faiqoğlu" şirkətinə də sorğu ünvanlanıb.
(oxu.az)
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












