Bakıda yük maşını avtobusa çırpıldı: 5 ölü, 20 yaralı var - FOTO + YENİLƏNİB

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirilib ki, prospektdə baş verən ağır hadisə ölən və yaralananlar var: “Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Polis əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılıb. Hazırda yolun nəqliyyat vasitələri üçün açılması istiqamətində lazımi işlər görülür”.
3 saylı Kliniki Şəhər Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya 16 nəfər gətirlib. Onlardan 2 nəfər hazırda əməliyyat olunur, 4 yaralı reanimasiyaya yerləşdirilib. 10 nəfər vəziyyəti yüngüldür və sarğı edilib.
***
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Mərədkan istiqamətində hərəkət olan 99-DH-343 qeydiyyat nişanlı "Shacman" markakı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.
Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində, saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.
Döngəyə sərt daxil olan xanım sürücü avtomobillə qaraja girdi - FOTO
Şirvanda qəza: “Priora” ilə “VAZ” toqquşdu - VİDEO
Azərbaycanda tanınmış musiqiçi qəzada öldü - FOTO
Yasamalda təhlükəli ərazi: “Prius”dan sonra “Changan” da pilləkəndən düşdü - VİDEO
Parklanma yerindən çıxan sürücü özünü sola dönən maşına çırpdı - VİDEO
Yasamalda idarəetmədən çıxan “BYD” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - FOTO - VİDEO - YENİLƏNİB
Yeniyetmə “Prado” ilə qəza törədib 5 avtomobili əzdi – Polis araşdırmaya başladı – FOTO - VİDEO
Bayraq Meydanı yaxınlığında “BMW” motosikletlə toqquşdu - Yaralananlar var - VİDEO
Türkiyədə təkəri partlayan avtomobil aşdı - 3 nəfər ÖLDÜ
Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı - VİDEO - YENİLƏNİB











