Bakıda zəncirvari qəza: 4 avtomobil toqquşub

Gecə Bakının Yasamal rayonunda zəncirvari qəza baş verib. Hadisə İnşaatçılar prospektində qeydə alınıb. Qəza zamanı 3-ü "Mercedes", biri "Tofaş" olmaqla 4 maşın toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, yol polisinin dur əmrinə tabe olmayan "90 MK 122" dövlət nömrə nişanlı "Mercedes"in sürücüsü yüksək sürətlə prospektdə hərəkət edən zaman yol ayrıcında olan işıqforun qırmızı işığına məhəl qoymayıb və yol ayrıcındakı digər üç maşınla toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəza yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəliblər. Yol polisindən verilən məlumata görə, qəzanın baş vermə səbəbi ərazidə olan "Təhlükəsiz şəhər" kameralarının görüntülərinə baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












