Bakıya zoğal satmağa gələn qadınlar ağır qəzaya düşdü - VİDEO

Avqustun 28-dən 29-na keçən gecə saat 02:15 radələrində Səbail rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, «Ford» markalı yük maşını Bayıl qəsəbəsi ərazisində – Bayıl bazarının yaxınlığında «Chaqman» markalı yük maşını ilə toqquşub. Salyan yolu şosesində baş vermiş qəza nəticəsində «Ford»da olan 4 qadın ağır vəziyyətdə xəstəxənaya çatdırılıb. Onlardan 3-ü Traxmatologiya Xəstəxanasına, 1-i isə Kliniki Tibbi Mərkəzə aparılıb. Sonuncunun vəziyyətinin ağır olduğu bildirilir.
Avtosfer.az-ın məlumatına görə, «Ford» markalı yük maşınında olan qadınlar satmaq üçün Bakıya zoğal və armud gətirirmiş. Onların gətirdiyi məhsul qəza zamanı yola dağılıb. Maraqlıdır ki, qəzadan sonra «Ford»un sürücüsü yoxa çıxıb. Qəzanın isə «Chaqman»ın qəflətən «Ford»un yoluna çıxması nəticəsində baş verdiyi bildirilir.
Nurlan
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












