Baş nazirin maşın karvanında qəza - FOTO

Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün bu vəzifədə Konyaya ilk səfərini reallaşdırıb. Anspress-in məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və Konya millət vəkili Əhməd Davudoğlunun rəhbərliyi ilə qurulan 62-ci hökumətin Böyük Millət Məclisinin (TBMM) təsdiqlənməsindən sonra, baş nazir partiya mərkəzindəki proqramda iştirak edib və oradan da təyyarə ilə doğulduğu Konyaya gedib. Davudoğlunu baş nazir köməkçisi Bülənt Arınc ilə keçmiş baş nazir köməkçisi Bəşir Atalay müşayiət edib. Hava limanında partiya nümayəndələri tərəfindən qarşılanan baş nazir həyat yoldaşı və heyəti ilə baş nazirliyin avtobusuna minərək şəhər mərkəzindəki tədbir meydanına üz tutublar. Yolda Davudoğlunu müşayiət edən avtomobil karvanında qəza baş verib. Qəzada avtomobil karvanının rahat irəliləməsinə səy göstərən yol polisinin maşınına arxadan gələn minimuslardan biri vurub. Qəzada hər iki avtomobilə zərər dəysə də, xəsarət alan olmayıb.
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










