Bərdədə ana ilə iki uşağını maşın vurdu – Dəhşətli qəza anbaan kameraya düşdü - VİDEO

İşıqforda yolu keçməyə çalışan ana və iki uşağını maşın vurub. Avtosfer.az bildirir ki, müşahidə kamerasına düşən hadisənin Bərdə şəhərində baş verdiyi güman edilir. Ana bir uşağını qucağında saxlayıb, digərinin isə əlindən tutaraq piyada zolağıyla yolu keçməyə çalışıb. Bu zaman işıqforun yaşıl işığı hələ yanıb sönərək son 3 saniyəni göstərib. Elə buna görə də tələsik işıqforu keçməyə çalışan "Lada Priora" markalı avtomobilin “kor” sürücüsü ana ilə balalarını vurub. Böyük uşaq yaxınlaşan avtomobili görüb qaçmağa çalışaraq qəzadan yüngül xəsarətlərlə qurtula bilib. Lakin qucağındakı körpə ilə birgə havaya qalxan ana yerə çırpılıb.
İlkin versiyalara görə, ana yerindəcə dünyasını dəyişib.
İşıqforun yanıb-sönən işığı deyəsən bəzi sürücülərə “yavaşla, indi qırmızı yanacaq” mesajı əvəzinə “qaza bas, tez ol, qırmızı yanacaq” anlamını verir. Ona görə də, bu cür sürücülərə ən ağır cəzalar verilməlidir. Onların qəlbi, beyni, ruhu kar, kor, laldır.
Aysel
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












