Binəqədidə qazi maşını şəhidlərin plakatına çırpdı, ölən var - VİDEO

Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, 99 KB 626 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobil sürücüsü, Zakir Məmmədov manevr qaydaları kobud şəkildə pozub. Yüksək sürətlə hərəkət edərək əvvəlcə yolun kənarında dayanmış 99 DV 428 dövlətnömrənişanlı, "Opel" markalı avtomobilə çırpılıb. Daha sonra isə Vətən müharibəsi şəhidlərinin şəkilləri olan lövhəyə dəyib. Şahidlərin Avtosfer.az-a bildirdiyinə görə hadisə nəticəsində "BMW"nin sürücüsü Zakir Məmmədov xəsarət alıb. "Opel" markalı avtomobilin sürücüsü Qurban İsmayılov isə hadisə yerində keçinib. Hadisə yerinə Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək qəzanı törədən şəxsin qazi olduğu bildirilir. Həmçinin avtomobilin ön tərəfində dövlət nömrə nişanlı olmayıb.
Videonu təqdim edirik:
Fərid
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












