Cəlilabadda yol qəzasında 3 nəfər yaralanıb

Cəlilabadda 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə sentyabrın 7-də Ələt-Astara magistralının 138-ci kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Qarazəncir kənd sakini, 44 yaşlı Zabil Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən əks tərəfdən gələn Biləsuvar rayon sakini, 37 yaşlı Ramin Gülhəsənovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. “Mercedes”in sürücüsü qəzadan xətərsiz ötüşsə də, “VAZ-2106”ın sürücüsü və daha iki sərnişini, Cəlilabad rayon sakinləri olan 33 yaşlı Ramin Rzayev və 36 yaşlı Nemət Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada yaralılara müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyətləri stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. APA
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












