DİN qəza törədən polislə bağlı araşdırmalara başladı - AÇIQLAMA

Polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, polis əməkdaşı sürücülük vəsiqəsi olmadan yol-nəqliyyat hadisəsi törədib və hazırda məsələ barədə düzgün araşdırma aparılmır.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabr ayının 28-də Qazax Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və nəticədə iki nəfərin xəsarət alması barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar polis əməkdaşları hədisə yerinə gələrək müvafiq araşdırma aparıb, avtotexniki ekspertiza təyin edilib. İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, Bakı şəhər sakini Sona Murodavanın idarə etdiyi “Mitsubishi” markalı avtomobil ilə Qazax rayon sakini, RPŞ-də polis sahə rəisi vəzifəsində işləyən, polis leytenantı İmran Göyüşovun idarə etdiyi “Opel” markalı avtomobilin toqquşub.
Nəticədə Sona Muradova və onun avtomobilində olan sərnişin Maya Bağırova müxtəlif bədən xəsarət alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda RPŞ-də araşdırmalar davam etdirilir, ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
“Polis əməkdaşının sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə gəlincə, hazırda həmin əməkdaş barəsində xidməti yoxlama aparılır” - deyə, o qeyd edib.
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO














