Əks yola çıxan “Toyota” yük maşını ilə toqquşdu: 5 nəfər hadisə yerində öldü - FOTO

Rusiyanın Krasnoyarsk bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 7-də “Sibir” federal trasının 622-ci kilometrliyində qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.
İlkin məlumata görə, “Toyota” markalı minik avtomobili yolun əks istiqamətinə keçərək qarşıdan gələn “Scania” markalı yük maşını ilə toqquşub.
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yol kənarına düşüb. Minik avtomobili isə deformasiyaya uğrayıb.
Nəticədə “Toyota”nın sürücüsü və onun dörd sərnişini aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Yük maşınının sürücüsü isə yaralanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev


Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












