Gədəbəydə dairəyə daxil olan “VAZ"la yük maşını toqquşdu - ANBAAN VİDEO

Gədəbəy rayonu Qızıltortaq kəndində baş vermiş qəza anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 22-də saat 06:48 radələrində dairəvi hərəkət təşkil olunmuş yolayrıcında qeydə alınıb. Belə ki, dairəyə daxil olan 57-BD-723 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobil sağdan gələn “Qazel” markalı yük maşınıyla toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci madəsinə əsasən, dairəvi hərəkət təşkil olunmuş yolayrıcında 4.3 nişanı olduqda, sürücülər dairə boyunca hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sözügedən nişanla birgə baş yol nişanı quraşdırılıbsa, dairəyə daxil olan sürücülər üstünlüyə malik olurlar. Dairə boyunca hərəkət edən sürücülər isə dairəyə baş yoldan daxil olan nəqliyyat vasitələrinə yol verməlidirlər.
Nərmin
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












