Gəncədə zəncirvari qəza oldu: xəsarət alanlar var – FOTO

Gəncədə zəncirvari qəzada xəsarət alanlar digər xəstəanaya köçürülüblər.
APA-nın məlumatına görə yaralılar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə gecə saatlarında şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Qəza zamanı 3 nəfər ağır xəsarət alıb.
***
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan "KİA" və iki "Chevrolet" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 1994-cü il təvəllüdlü İ.Tanrıverdiyev, 1992-ci il təvəllüdlü E. Babayev və 2004-cü il təvəllüdlü A.Əlizadədir.
Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR






















