Banner

Goranboyda avtomobil 39 yaşlı qadını vurub

Qəzalar 30 May 2021 23:16 Oxunub 2028
Goranboyda avtomobil 39 yaşlı qadını vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Goranboyda piyadanın vurulması ilə nəticələn yol-qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən rayonun Hazırəhmədli kənd sakini, 1982-ci il təvəllüdlü Bayramova Gülbəniz Ələmşahqızını vurub.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh