Goranboyda avtomobil qəzalarında 6 nəfər xəsarət alıb

Goranboy rayonunda gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub, qəzalarda 6 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.
Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıblar.
Rayonun Boluslu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, su daşıyan "ZİL" markalı yük avtomobili sement daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində su daşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı "ZİL"-in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə yük maşının da sürücüsü xəsarət alıb.
Qəzalarda xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə, sement daşıyan yüş maşının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.
Faktlarla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












