Hacıqabulda ağır yol qəzası: ölən var

Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Hacıqabul polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 1-də gecə saat 23.00 radələrində Şirvan-Hacıqabul magistralının 1-ci kilometrliyində baş verib. Şirvan sakini Hacıyev Samir Qadir oğlu idarə etiyi VAZ 2107 markalı 10 UF 107 dövlət nömrə nişanlı avtomobillə yoldan keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hələlik piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun meyiti Şirvan şəhərinin Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə təhvil verilib. Hacıqabul polisi meyitin fotogörüntülərini yayıb. Ölən şəxsin təxminən 30-35 yaşlarında olduğu bildirilir. Sol qolunun yuxarı nahiyəsində “Zamir”, biləyində isə “Ata ana” sözləri yazılıb. Onu tanıyanlardan Hacıqabul polis şöbəsinə 021 204 10 32 nömrəli telefona zəng etmələri xahiş olunur. Faktla bağlı araşdırma aparılır.
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO
Bakıda sərnişin avtobusu qəzaya uğradı - VİDEO
Bakı-Quba yolunda qəza olub, ölən var
Qəzada maşını zədələnən sürücülər oxusun: Bu sığorta növü dəyişir
Şamaxı-İsmayıllı yolunda yük maşını aşdı - VİDEO










