İnanılmaz qəza: tonlarla metalın altından sağ çıxdılar - FOTOLAR

Çin Xalq Respublikasının Xançjou şəhəri yaxınlığındakı magistral yolda dəhşətli qəza baş verib. Betonqarışdıran avtomobil döngədə tarazlığı itirərək minik avtomobilinin üstünə aşıb. Sürücü dərhal xilasediciləri çağırıb. Ətrafa yığışanlar tonlarla metalın altında qalmış minik avtomobilindəki iki qadına kömək edə bilməyiblər. Yalnız xilasedicilər və qaldırıcı kran gəldikdən sonra onların xilası mümkün olub. Maraqlıdır ki, minik avtomobilinin tam əzilməsinə baxmayaraq, qadınlar ciddi xəsarət almayıblar.
Xatırladaq ki, analoji qəza bir neçə il qabaq Bakıda, 20 yanvar dairəsi yaxınlığında baş vermişdi. Betonqarışdıran yük avtomobili minik avtomobilinin üstünə aşmışdı. Hadisə zamanı minik avtomobilinin qadın sürücüsü dünyasını dəyişmişdi. (publika.az)
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















