Kürdəmirdə avtomobil aşıb, şəhidin həyat yoldaşı ölüb - YENİLƏNİB

Kürdəmir rayonunda yol qəzasında ölənlərdən biri Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli, mayor Rəhim Hüseynovun həyat yoldaşıdır.
"Report" xəbər verir ki, bu, 35 yaşlı Günel Ələsgərovadır.
O, Bakıdan rayona anım mərasiminə gedirmiş.
16:27
Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verri ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı minik avtomobilin sürücüsü yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib. Bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonuna aparıldığı bildirilir.
Ölənlərin meyitləri meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












