Kürdəmirdə baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI - Toydan qayıdırmışlar

İyunun 2-nə keçən gecə Kürdəmirdə baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağsu-Kürdəmir-İmişli yolunun Təklə kəndindən keçən hissəsində qəzaya uğrayan “Mercedes-Benz” markalı mikroavtobusdakı şəxslər toydan qayıdırmışlar.
Belə ki, mikroavtobusun sürücüsü, 64 yaşlı Elman Əşrəfov həyat yoldaşı Firəngiz Əşrəfova və dayısı oğlu Niyaməddin Ağayevlə birlikdə Kürdəmirin Pirili kəndində, qohumunun evində keçirilən məclisdə iştirak ediblər. Daha sonra onlar yaşadıqları Ağsunun Qaradağ kəndinə qayıdarkən ağır qəza baş verib.
Mikroavtobusun əks istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində E.Əşrəfovla dayısı oğlu aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar. E.Əşrəfovun həyat yoldaşı isə ağır xəsarətlər alıb. O, təcili yardım maşını ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə nəticəsində “KamAZ”ın sürücüsü, Şəki rayon sakini Faiq İsmayılov da xəsarətlər alıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB












