Lənkəranda “07” "Mercedes"lə toqquşdu: 3 nəfər xəsarət alıb - FOTO

Lənkəran rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər yaralanıb. “Report”un məlumatına görə, hadisə Lənkəran – Lerik magistralının Qurumba kəndi ərazisində baş verib.
Belə ki, "VAZ-2107" markalı minik avtomobil "Mercedes" markalı minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər daha sonra elektrik dirəklərinə çırpılıblar. Qəza nəticəsində üç nəfər – Lənkəran rayon Kərgəlan kənd sakini 1989-cu il təvəllüdlü Arzu Xanverdi qızı Canıyeva, Lənkəran rayon Şağlaküçə kənd sakini 1995-ci il təvəllüdlü Nurlan Akşin oğlu Kərimzadə və onun həmkəndlisi 1995-ci il təvəllüdlü Rasim Ariz oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rrayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan birinin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən verilən açıqlamaya görə, 08.08.2024-cü il tarixində saat 21:00 radələrində Lənkəran rayonun Qurumba kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ikisi kişi, biri qadın olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri – sağ qolun bazu sümüyünün sınığı, gözətrafı nayihələrin hematoması, sol baldır sümüyünün 1/3-nin sınığı, bel və sağ çiyin oynağının küt travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin Reanimasiya şöbəsinə, digərləri Təcili yardım şöbəsinə yerləşdirilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.


Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO












