Lerikdə avtomobil dağa çırpılıb: Xəsarət alanlar var - YENİLƏNİB

Bu gün saat 14:40-da Lerik rayonu Qışlaq kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (kişi cinsli) şəxs döş qəfəsinin küt travması, qapalı kəllə beyin travması, başın təpə nahiyəsinin əzilmiş didilmiş yarası, sağ baldır sümüyünün 1/3-nin xətli sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən yaralılardan biri tibb müəssisəsinin travma şöbəsinə, digərləri təcili yardım şöbəsinə yerləşdiriliblər.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
***
Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib.
Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov UAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan daha iki nəfər - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran Mərkəzi Rzyon Xəstəxanasına çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.
Qeyd edək ki, hər üç şəxs qəbir daşları düzəldən ustadır, onlar rəhmətə gedən şəxs üçün baş daşı düzəltməyə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
(apa)
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












