Lissabonda funikulyor qəzası: 16 ölü, 22 yaralı

Portuqaliyada baş verən funikulyor qəzası ilə bağlı ilkin hesabatda bildirilir ki, kabeldə yaranan problem Lissabonda turistlər arasında məşhur olan funikulyorun sürətlə yamacdan aşağı enməsinə və nəticədə binaya çırpılmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, qəza zamanı azı 16 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.
Sarı rəngli tramvayabənzər vaqon paytaxtın dik yamacında insanları daşıyırmış. Çərşənbə günü baş verən hadisədə vaqon relsdən çıxaraq binaya çırpılıb – bu, dik yamacın aşağısındakı dayanan vaqonlardan cəmi bir neçə metr məsafədə olub.
Portuqaliyanın Hava və Dəmir Yolu Qəzalarının Araşdırılması İdarəsi qəzaya dair ilkin araşdırma hesabatını açıqlayıb.
Hesabatda deyilir ki, vaqonlar təxminən altı metrdən çox getmədən onları birləşdirən kabelin təmin etdiyi tarazlıq qüvvəsi qəfildən itib.
Buna görə, vaqon aşağıya doğru hərəkətini davam etdirib və sürətini artırıb.
Bakıda turistləri daşıyan avtobus qəzaya düşdü: Yaralanan var
“BMW” “Qazel”ə çırpıldı, hər iki sürücü yaralandı - VİDEO
Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var












