Magistralda ötüşən "Shacman"lar qəzaya uğradı: ölən var

Qobustan rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-n Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı-Şamaxı magistralının 105-ci kilometrliyində “Shacman" markalı yük avtomobili ilə "Honda" markalı minik avtomobilinin toqquşması ilə bağlı “112” qaynar telefon xəttinə müraciət daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsünün cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə cəsədi avtomobildən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.
APA-nın verdiyi məlumata görə isə hadisə bu gün saat 15:00 radələrində yolun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Salayev Ramil Camal oğlunun idarə etdiyi, özəl tikinti şirkətinə məxsus 90-NZ-480 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşını ilə şirkətin digər yük maşını - Sumqayıt sakini, 1987-ci il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi 90-NZ-481 dövlət nömrə nişanlı, “Shacman” markalı maşınla ötüşərkən qarşı tərəfdən gələn digər bir yük avtomobilinin, Hacıqabul sakini 1984-cü il təvəllüdlü Cəbrayılov Misirxan Ağarza oğlunun idarə etdiyi 99-DT-878 dövlət nömrə nişanlı, “Shacman” markalı maşının yoluna çıxaraq onunla toqquşub. Sonra “Shacman” markalı maşınlardan biri yol ilə hərəkət edən 90-CV-982 dövlət nömrə nişanlı, “Honda CRV” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobillərin 4-ü də əzilib. Hadisəni törədən “Shacman” markalı maşının sürücüsü Ramil Salayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Honda CRV” markalı avtomobilin sürücüsü aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin üzərində hansısa bir sənəd olmadığı üçün onun şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO











