“Mercedes”lə “Renault” toqquşdu, sürücünü güclə çıxardılar

Qəzalar 7 Oktyabr 2021 15:16
“Mercedes”lə “Renault” toqquşdu, sürücünü güclə çıxardılar
WhatsApp kanalımıza abunə olun

Abşeronda yol qəzası olub. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisində “Mercedes” və “Renault” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxunub : 1404
ŞƏRH YAZ
Ad

E-mail

Şərh