Mikroavtobusla minik maşını toqquşub

Dünən gecə saatlarında paytaxtın Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Mikayıl Müşviq küçəsində baş vermiş qəza zamanı Gürcüstan vətəndaşı Daşqın Tanrıverdiyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, Sənan Mütəllimovun idarə etdiyi eyni markalı minik avtomobili toqquşub. Nəticədə, minik maşınında olan xanım sərnişin xəsarət alıb. Dərhal əraziyə təcili tibi yardım maşını cəlb olunub. Minik maşınında olan digər bir sərnişinin dediyinə görə, mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozaraq, tək gedişli yolun əks istiqamətindən hərəkət edib. Mikroavtobusun sürücüsü isə paytaxta ilk dəfə gəldiyindən yolu tanımadığını bəhanə gətirib. Hadisə baş verən əraziyə Yasamal Rayon Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza mikroavtobusun sürücüsün yol hərəkəti qaydalarına düzgün riayət etməməsi səbəbindən baş verib. Minik avtomobili yararsız hala düşdüyündən evakuator vasitəsilə ərazidən uzaqlaşdırlıb. Qəzanın dəqiq səbəbləri isə hər iki sürücünün izahatından sonra məlum olacaq. Baş vermiş qəzanın səbəbləri araşdırılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












