Nabranda 3 maşın toqquşub: ölən və xəsarət alanlar var

Dünən axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolununun birinci kilometrliyində qeydə alınıb. Xaçmaz rayonu, Xudat şəhər sakini 42 yaşlı Xudayev İbrahim Murad oğlunun idarə etdiyi “Mersedes” markalı avtomaşın Bakı şəhər sakini Şakir Əhmədzadənin idarə etdiyi “Nissan” markalı maşına, daha sonra isə Xaçmaz rayon sakini 1967-ci il təvəllüdlü Şirinbala Əmirkişiyevin idarə etdiyi “VAZ 2107”-ə çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb. “Nissan”da olan 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1996-cı il təvəllüdlü Şamil Əhmədzadə, 1968-ci il təvəllüdlü Yasəmən Əhmədzadə və 1975-ci il təvəllüdlü Esmira Hacıyevadır. Onlar ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















