Nəhəng yük maşını ötmə əməliyyatını gecikdirib «TIR»-la toqquşdu

Bakı-Qazax avtomagistralının 464-cü kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində iri yük avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri ağır yaralanıb. Qazax rayon Kosalar kənd sakini, 43 yaşlı Binnət Əhmədov idarə etdiyi "MAN" markalı avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirmədiyindən qarşıdan gələn Türkiyə vətəndaşı Tuncay Ayazın idarə etdiyi «TIR»-la toqquşub. «TIR»-ın sürücüsü öz yolu ilə Qazaxdan Bakı istiqamətində getdiyini və qarşıdan gələn avtomaşının onun üzərinə doğru gəlib toqquşduğunu bildirib. Nəticədə "MAN" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətinin orta ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












