Nəsimi rayonunda yol qəzası – FOTO

Bakının Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsində qəza baş verib. APA-nın xəbərinə görə, qəzada "Toyota Prado" və "Hyundai Grandeur" markalı avtomobillər toqquşub. Qəza sözügedən küçə ilə hərəkətə edən "Hyundai"nin sürücüsü Xasıyev Əşrəf Vasif oğlunun işıqforun tələbini pozması nəticəsində baş verib. Qəzada Əzimov Rafiq Əli oğlunun idarə etdiyi "Prado" aşıb. Sürücülər xəsarət almasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə ilə bağlı Hənifə Ələsgərova küçəsində tıxac meydana gəlib. Əraziyə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki maşın evakuatorlar vasitəsilə ərazidən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














