Ölən moped sürücüsünün yeni görüntüləri yayıldı - VİDEO

Bakıda qəza zamanı ölən moped sürücüsünün yeni görüntüləri yayılıb.
Avtosfer.az-ın əldə etdiyi görüntülərdən də aydın olur ki, sürücü N.Mirzəyev bundan əvvəl də dəfələrlə paytaxt ərazisində moped idarə edən zaman təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud sürətdə pozaraq digər nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradıb.
Qeyd edək ki, avqustun 1-də saat 04:30 radələrində paytaxtın Xətai rayonunda mopedlə "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən moped oğurluqlarına qarşı keçirilən tədbirlər çərçivəsində dövlət qeydiyyat nişanı olmayan, təhlükəli manevrlər edən mopedə “saxla” işarəsi verilib. “Saxla” işarəsinə məhəl qoymayan moped sürücüsü hərəkətini davam etdirərək "Hyundai" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində mopedin sürücüsü paytaxt sakini N.Mirzəyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












